.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

19.10.2005


Oktyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.


Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 6 sentyabr, 7 sentyabr, 10 sentyabr, 14 sentyabr, 22 sentyabr və 24 sentyabr 2005-ci il tarixli iclas protokolları təsdiq edilmişdir. 

Sonra Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarına Müraciət qəbul edilmişdir.

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsinə dair məsələyə də baxılmış və müvafiq qərarlar qəbul olunmuşdur.

MSK katibi Vidadi Mahmudov "Azərbaycan Respublikası Televiziya və Radio Verişləri” Qapalı Səhmdar Cəmiyyəti və digər teleradio şirkətləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına dair məsələ barədə məlumat vermişdir. Komissiya bu məsələylə bağlı bəyanat qəbul etmişdir.
Komissiyanın üzvü Arzuxan Əlizadə hərbi hissələrdə seçki məntəqələrinin yaradılması və seçki komissiyalarının təşkilinin vəziyyətinə dair məsələ haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyasının sədri bu məsələylə bağlı bütün zəruri addımların atıldığını Komissiya üzvlərinin diqqətinə çatdırmışdır. 

Sonra MSK-ya daxil olmuş müraciətlər barədə məlumatlar verilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin, ABŞ Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.