.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

11.10.2005


Oktyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.


Əvvəlcə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məsələyə baxılmşdır. MSK 31 saylı Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 68 saylı Cəlilabad kənd və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsini qərara almışdır. 

Sonra Komissiyanın katibi Vidadi Mahmudov namizədi irəli sürülən subyektlər barədə seçki bülletenlərində göstərilməli olan bəzi məlumatlara dair məsələ haqqında məlumat vermişdir. MSK həmin məlumatların təsdiq edilməsi barədə qərar çıxarmışdır.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov isə 2005-ci ilin 6 noyabrında keçiriləcək Milli Məclisə seçkilərdə kütləvi informasiya vasitələri nümayəndələrinin istifadə edəcəkləri lövhəciklərin formaları barədə məlumat vermişdir. Komissiya həmin lövhəcik formalarını təsdiq etmişdir.

MSK "Yeni Siyasət” siyasi partiyalar blokunun embleminin təsdiq olunması haqqında da qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır. 

Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.