.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

22.04.2010


Aprelin 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. 

Əvvəlcə Komissiyanın 15 mart 2010-cu il tarixli iclasının protokolu təsdiqlənmişdir. 

Sonra Komissiya bəzi normativ xarakterli aktlara dəyişikkliklər etmişdir. 

İclasda 4 saylı Naxçıvan şəhər, 8 saylı Binəqədi birinci, 17 saylı Yasamal üçüncü, 50 saylı Qobustan – Xızı - Quba, 51 saylı Qusar, 60 saylı Salyan - Neftçala, 80 saylı İmişli – Beyləqan və 122 saylı Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər barədə də qərar qəbul olunmuşdur. 

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır. İclasda Milli Demokratiya İnstitutunun (ABŞ), ABŞ səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.