.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

14.01.2010

Yanvarın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

İclasda 2009-cu il dekabrın 23-də keçirilimiş  bələdiyyə  seçkiləri ilə əlaqədar bələdiyyə üzvünün seçilməsi haqqında vəsiqə nümunəsinin təsdiq edilməsinə dair məsələyə baxılmışdır. 

Komissiyanın sədri bildirmişdir ki,  Mərkəzi Seçki Komissiyası 11 yanvar 2010-cu il tarixli qərarı ilə bələdiyyə seçkilərinə yekun vurmuşdur. 

Seçkilərin yekunları elan olunduqdan sonra 5 gün müddətində hər bir bələdiyyə üzvünə bələdiyyə üzvü seçilməsi haqqında müvafiq dairə seçki komissiyası tərəfindən vəsiqə verilməlidir. Həmin Vəsiqənin nümunəsi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilməlidir.

MSK-nın katibi Natiq Məmmədov Komissiya üzvlərini bələdiyyə üzvünün seçilməsi haqqında vəsiqənin nümunəsi və bu nümunənin təsdiq edilməsi barədə qərarın layihəsi ilə tanış etmişdir. 

Mərkəzi Seçki Komissiyası bələdiyyə üzvünün seçilməsi haqqında vəsiqə nümunəsinin təsdiqi olunması barədə qərar qəbul etmişdir.

MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.