.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2021-ci il sentyabrın 3-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

03.09.2021

Məzahir Pənahovun sədrliyi ilə 2021-ci il sentyabrın 3-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 19 avqust 2021-ci ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra Mərkəzi Seçki Komissiyasının qüvvədə olan bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələr nəticəsində Mərkəzi Seçki Komissiyası "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun və Seçki Məcəlləsinin tələblərini əsas götürərək müvafiq dəyişikliklərin qəbul olunmasına qərar verib və bir sıra normativ xarakterli aktlar son dövrlərdə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb.

K
ütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi