.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il fevralın 22-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

22.02.2020

Fevralın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar maraqlı subyektlərin və ərizəçilərin iştirakı ilə MSK-ya daxil olan müraciətlərə baxılıb. Tam və hərtərəfli şəkildə araşdırılan müraciətlərlə bağlı təqdim olunan əlavə görüntülər birbaşa iclasın gedişində də nümayiş etdirilib və aparılan müzakirələrdən sonra Seçki Məcəlləsinin tələblərinə uyğun qərarlar qəbul edilib. Sosial şəbəkələrdən və müxtəlif mənbələrdən olan məlumatların araşdırılması və müraciətlərə baxılması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən və digər qanunazidd hallar nəzərə alınaraq 11 saylı Qaradağ seçki dairəsinin 25, 48 saylı Yevlax seçki dairəsinin 6, 82 saylı Ağcabədi seçki dairəsinin 3 və 83 saylı Ağcabədi – Füzuli seçki dairəsinin 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi