.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında iclas

05.02.2009

Fevralın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə "Vətəndaş cəmiyyəti” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilmişdir.

Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir. "Azad söz” təşəbbüs qrupunun isə təşviqat qrupu kimi qeydə alınmasından imtina olunmuşdur. Beləliklə, Mərkəzi Seçki Komissiyasında təşviqat qrupu kimi qeydə alınmış təşəbbüs qruplarının sayı 5-ə çatmışdır. Ümumilikdə, Mərkəzi Seçki Komissiyasına referendum üzrə 14 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüşlər.

Həmin qruplardan 13-ü imza vərəqələrini qanunla müəyyən olunmuş müddətdə MSK-ya təqdim etmişdir. Təşəbbüs qruplarından biri- "Demokratik Azərbaycan Dünyası” təşəbbüs qrupu referendumda "Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunu dəstəkləyəcəyini bildirmiş və imza vərəqələrini Komissiyaya qaytarmamışdır. Dairə seçki komissiyalarına isə referendum üzrə 125 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüş və onlardan 124-ü qeydə alınmış, 1-nin qeydiyyatından imtina edilmişdir. 

Sonra MSK-ya daxil olmuş müraciətə baxılmış və bu müraciət əsassız olduğundan təmin edilməmişdir.
Mərkəzi Seçki Komissiyası 1 saylı Şərur – Sədərək və və 121 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.