.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il fevralın 18-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

18.02.2020

Məzahir Pənahovun sədrliyi ilə fevralın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb. Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar verilib. Komissiya müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında Milli Məclisə seçkilər keçirilən 16 seçki məntəqəsində - 123 saylı Kəlbəcər seçki dairəsinin 16, 79 saylı İmişli seçki dairəsinin 14, 16, 21, 23 və 25, 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 4, 8 və 9, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 31 və 35, habelə 29 saylı Səbail seçki dairəsinin 1, 5, 9, 11, 17 və 25 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünü və seçki qanunvericiliyinin tələblərinə zidd olan digər halları nəzərə alaraq, sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib.

Milli Məclisə seçkilərin izlənməsinə qatılan beynəlxalq müşahidəçilərin və kütləvi informasiya informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi