.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il fevralın 17-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

17.02.2020

Fevralın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 5 fevral və 7 fevral 2020-ci il tarixli iclaslarının protokolları təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılıb. Maraqlı subyektlərin də bilavasitə iştirakı ilə aparılan geniş müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Komissiya 34 saylı Xətai ikinci seçki dairəsinin 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair yekun protokollarında seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmadığından, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib.

Beynəlxalq müşahidə missiyalarının, xarici qurumların və kütləvi informasiya informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi