.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il yanvarın 31-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

31.01.2020

Yanvarın 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qanunla müəyyən olunmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin də iştirakı ilə geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Komissiya Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqatın aparılmasına dair qanunvericiliyin tələblərinə əməl etməyərək ciddi pozuntulara yol verən bir sıra seçki subyektlərinə xəbərdarlıq edib.

Beynəlxalq müşahidə missiyaları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda Milli Məclisə seçkilərə hazırlıq istiqamətində müxtəlif məsələlərə dair statistik göstəricilər diqqətə çatdırılıb, həmçinin cari məsələlərə baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi