.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında iclas

03.01.2009

Fevralın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.


Əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə "Hüquq və demokratiya” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilmişdir.

Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir. Bununla da Mərkəzi Seçki Komissiyasında təşviqat qrupu kimi qeydə alınmış təşəbbüs qruplarının sayı 4-ə çatmışdır. Ümumilikdə, Mərkəzi Seçki Komissiyasına referendum üzrə 14 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüşlər. Həmin qruplardan 13-ü imza vərəqələrini qanunla müəyyən olunmuş müddətdə MSK-ya təqdim etmişdir.

Təşəbbüs qruplarından biri- "Demokratik Azərbaycan Dünyası” təşəbbüs qrupu referendumda "Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunu dəstəkləyəcəyini bildirmiş və imza vərəqələrini Komissiyaya qaytarmamışdır. Dairə seçki komissiyalarına isə referendum üzrə 125 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüş və həmin qrupların hamısı fevralın 1-dək imza vərəqələrini və təşviqat qrupu kimi qeydə alınmaq üçün lazım olan digər sənədləri təqdim etmişlər.

Bu günə kimi 120 təşəbbüs qrupu DSK-lar tərəfindən referendum üzrə təşviqat qrupu qeydə alınmışdır.  

Mərkəzi Seçki Komissiyası 18 saylı Nərimanov – Nizami, 83 saylı Ağcabədi – Ağdam, 93 saylı Bərdə şəhər və 124 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Böyük Britaniya səfirliyinin, ABŞ Milli Demokratiya İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.