.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il yanvarın 23-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

23.01.2020

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 15 yanvar 2020-ci ildə keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb. Ərizəçinin özünün də iştirakı ilə Komissiya üzvləri tərəfindən aparılan geniş müzakirələr nəticəsində müraciətə dair müvafiq qərar qəbul edilib.

İclasda, həmçinin 8 saylı Binəqədi birinci və 33 saylı Xətai birinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də olunub.

Beynəlxalq və xarici qurumların, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi