.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il yanvarın 21-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.01.2020

Yanvarın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 12 yanvar 2020-ci il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qanunla müəyyən olunmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

İclasda 33 saylı Xətai birinci və 35 saylı Xətai üçüncü seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də edilib.

Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldığı iclasda, həmçinin qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi