.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il yanvarın 7-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

07.01.2020

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2 yanvar və 4 yanvar 2020-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və 2019-cu il il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Maraqlı subyektlərin və səlahiyyətli nümayəndələrin iştirakı ilə müraciətlər komissiya üzvləri tərəfindən geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda seçkilərlə bağlı cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi