.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il yanvarın 6-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

06.01.2020

Yanvarın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 31 dekabr 2019-cu ildə keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qanunla müəyyən olunmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi