.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2020-ci il yanvarın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

02.01.2020

Məzahir Pənahovun sədrliyi ilə 2020-ci il yanvarın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Əvvəlcə 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb və komissiya üzvlərinin müzakirəsindən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Sonra 42 saylı Sumqayıt ikinci və 61 saylı Neftçala seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi