.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2019-cu il dekabrın 31-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

31.12.2019

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Əvvəlcə 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması məqsədilə tam, hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Komissiya üzvlərinin müzakirəsindən sonra 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə Ağdaş bələdiyyəsinə seçkilərin etibarsız sayılması qərara alınıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi