.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2019-cu il dekabrın 29-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

29.12.2019

Dekabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Əvvəlcə 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qanunla müəyyən olunmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Sonra dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar cari məsələlərə baxılıb.

Komissiyanın iclası kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi