.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2019-cu il dekabrın 26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

26.12.2019

Dekabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 21 dekabr 2019-cu il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vətəndaş və İnkişaf Partiyası, Vahid Azərbaycan Partiyası və Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb, sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

İclasda, həmçinin 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Komissiya vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə daxil olan müraciətlərə qanunla müəyyən olunmuş qaydada və müddətdə operativ şəkildə baxaraq müvafiq qərarlar qəbul edib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin və maraqlı subyektlərin iştirak etdiyi iclasda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar cari məsələlərə də baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi