.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2019-cu il dekabrın 24-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

24.12.2019

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Əvvəlcə 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası təsdiq olunub.

Sonra 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, operativ şəkildə Komissiyanın iclasına çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərə dair cari məsələlərə də baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi