.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2019-cu ilin dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2019

Dekabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 20 dekabr 2019-cu il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.

İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-na təyin edilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə də baxılıb. Müraciət edənin özünün də iştirakı ilə aparılan müzakirələrdən sonra qanunvericiliyin tələblərinə uyğun müvafiq qərar qəbul olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldığı iclasda, həmçinin 23 dekabr bələdiyyə seçkiləri və 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi