.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında iclas

30.01.2009

Yanvarın 30-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Enn Ders Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Səfir Azərbaycanda demokratiyanın inkişafının yaxın tərəfdaş olaraq ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş və 18 mart 2009-cu ilə təyin edilmiş referendumun hazırlanıb keçrilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının fəaliyyəti ilə maraqlanmışdır.
Komissiyanın sədri ABŞ-ın ölkəmizdəki səfirliyi ilə Mərkəzi Seçki Komissiyası arasında səmimi və səmərəli əməkdaşlığın mövcud olduğunu, bu münasibətlərin inkişaf etdirilməsindən və daha da möhkəmləndirilməsindən məmnunluq duyduğunu bildirmişdir. O, MSK tərəfindən ümumxalq səsverməsinin hazırlanıb keçirilməsi üzrə Təqvim Planının təsdiqləndiyini və qurumun bu Plana uyğun olaraq addımlar atdığını qeyd edərək görülən işlər barədə ətraflı məlumat vermişdir.
Qonaq söhbət əsnasında Komissiyanın seçicilər və aşağı seçki komissiyaları üçün hazırladığı maarifləndirmə proqramı barədə məlumat verilməsini xahiş etmişdir. Sədr Komissiyanın referenduma hazırlıqla bağlı genişmiqyaslı maarifləndirmə proqramını həyata keçirdiyini bildirərək həmin proqram barədə ətraflı danışmış və qeyd etmişdir ki, seçicilər üçün "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə uyğun olaraq Konstitusiyanın ümumxalq səsverməsinə çıxarılmış hissələrin müqayisəli mətnini və referendum aktının layihəsini dərc edərək aşağı seçki komissiyalarına vermiş və onların seçicilərə çatdırılmasını tövsiyə etmişdir. M. Pənahov gələcəkdə atılacaq addımlar barədə də səfirə məlumat vermişdir.
Səfir səmimi qəbula görə təşəkkür etmiş və iki ölkə arasındakı tərəfdaşlığın bundan sonra da davam etdiriləcəyinə əmin olduğunu vurğulamışdır.