.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2019-cu il oktyabrın 28-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

28.10.2019

Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 8 oktyabr və 18 oktyabr 2019-cu il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

MSK-nın qərarı ilə, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi