.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2019-cu il oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

02.10.2019

Məzahir Pənahovun sədrliyi ilə 2019-cu il oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 13 sentyabr 2019-cu ildə keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılıb. Bildirilib ki, Rafael Cəbrayılovun Milli Məclisin nüfuzuna xələl gətirən hərəkətlərlə məşğul olması səbəbindən deputat mandatından istefasının qəbul edilməsi barədə Milli Məclisin sədrinə ünvanladığı yazılı müraciət müvafiq olaraq baxılması üçün MSK-ya göndərilib. Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Milli Məclisin deputatı imtina ilə bağlı müraciət etdikdə, aidiyyəti orqan tərəfindən deputat mandatından məhrum olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada yaranan əsas nəzərə alınaraq, Beşinci çağırış Milli Məclisin deputatı Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsinə qərar verilib.

İclasda, həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.

Komissiyanın qərarı ilə 37 saylı Nizami birinci (Gəncə), 39 saylı Kəpəz birinci (Gəncə), 108 saylı Ağstafa və 122 saylı Xankəndi
seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də edilib.

Beynəxalq qurumların və k
ütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası
Katibliyinin Media və ictimai əlaqələr şöbəsi