.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Slovakiya Respublikasına səfər edib

26.06.2019

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cari ilin 27-28 iyun tarixlərində keçiriləcək Seçki İdarəetmə Orqanlarının 16-cı Avropa Konfransında iştirak etmək məqsədilə Slovakiya Respublikasına səfər edib.

"Seçki mübahisələrinin həlli” mövzusunda keçirilən, dünyanın müxtəlif ölkələrindən çoxsaylı ali seçki qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, habelə beynəlxalq seçki ekspertlərinində qatıldığı tədbir seçkilərə dair bir sıra məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.

Avropa Şurası Venesiya Komissiyasının rəhbəri Tomas Markertin dəvətinə əsasən həyata keçirilən səfər çərçivəsində sədr M.Pənahovun seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı faydalı əməkdaşlıq və maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər zamanı MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi