.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




MSK sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ukraynada prezident seçkilərini müşahidə edəcək

29.03.2019

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün martın 29-dan Kiyevdə səfərdədir. Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə Ukrayna Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Məlumata görə, MSK sədri M.Pənahov səfər çərçivəsində ukraynalı həmkarı ilə yanaşı, digər rəsmi şəxslərlə də bir sıra görüşlər keçirəcək və səsvermə günü Kiyev şəhərinin seçki məntəqələrini müşahidə edəcək.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

AZƏRTAC