.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2019-cu il aprelin 9-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

09.04.2019

Məzahir Pənahovun sədrliyi ilə 2019-cu il aprelin 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 15 mart 2019-cu ildə keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra Respublikaçı Alternativ (REAL) qanunvericilik təşəbbüsü qrupu tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən bir neçə qanun layihəsi ilə bağlı toplanmış 41500 seçici imzasının yoxlanılması və nəticələri barədə məlumat verilməsinə dair Milli Məclisdən daxil olan müraciətə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətə əlavə olunan imza vərəqələrindəki imzaların seçki hüququna malik vətəndaşlara məxsus olmasını və düzgünlüyünü yoxlamaq üçün Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının ekspert və mütəxəssislərindən ibarət tərkibdə İşçi qrupunun yaradılması və MSK üzvünün İşçi qrupunun əlaqələndiricisi təyin edilməsi qərara alınıb. Qərara əsasən ekspert və mütəxəssislərin ayrılması üçün sözügedən orqanlara müraciət olunması və yoxlamanın nəticələri ilə bağlı İşçi qrupu üzvlərinin rəylərinin, eləcə də onlar əsasında tərtib edilərək əlaqələndirici şəxs tərəfindən imzalanan protokolun Milli Məclisə göndərilməsi nəzərdə tutulur.

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub. Komissiyanın qərarı ilə
2 saylı Şərur, 38 saylı Nizami ikinci (Gəncə), 40 saylı Kəpəz ikinci (Gəncə), 75 saylı Lənkəran-Masallı və 98 saylı Şəmkir şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Beynəlxalq təşkilatların və k
ütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi