.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2018-ci il noyabrın 22-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

22.11.2018



Məzahir Pənahovun sədrliyi ilə 2018-ci il noyabrın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 30 mart və 15 aprel 2018-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub. Komissiyanın qərarı ilə
2 saylı Şərur, 5 saylı Şahbuz-Babək, 7 saylı Ordubad-Culfa, 19 saylı Nərimanov birinci, 24 saylı Nizami birinci, 40 saylı Kəpəz ikinci, 61 saylı Neftçala, 82 saylı Ağcabədi və 122 saylı Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkində dəyişiklik edilib.

Beynəlxalq təşkilatların və k
ütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi