.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » MSK-nın katibliyi » TƏŞKİLAT ŞÖBƏSİ

 

Təşkilat şöbəsi


MSK-nın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

Seçkilərin (referendumun) hazırlanması və keçirilməsi üçün respublikanın inzibati-ərazi bölgüləri üzrə əhalinin və seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatları ümumiləşdirir və lazımi qaydada istifadə üçün hazırlayır;

Təşkilati xarakterli sənədlərin, dairə və məntəqə seçki komissiyalarına metodiki yardım göstərilməsi məqsədilə material və tövsiyələrin, MSK-nın hesabatl
аrının və digər sənədlərin hazırlanmasında iştirak edir;

Dairə
və məntəqə seçki komissiyalarının tərkibinin formalaşdırılması, seçici siyahıları ilə işin təşkili, namizədlərin irəli sürülməsi və qeydə alınması ilə bağlı məlumatların toplanmasını və ümumiləşdirilməsini həyata keçirir;

K
omissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət,ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;

MSK-nın fəaliyyətinin təşkilati təminatı ilə əlaqədar seminarların, müşavirələrin və digər tədbirlərin təşkili planlarını hazırlayıb Komissiyanın rəhbərliyə təqdim edir;

Aşağı
seçki komissiyalarının işinə kurasiya qaydasında metodiki köməklik göstərir;

Səlahiyyətləri
daxilində digər vəzifələri yerinə yetirir.