Təşkilat şöbəsi
MSK-nın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;
Seçkilərin (referendumun) hazırlanması
və keçirilməsi üçün respublikanın inzibati-ərazi bölgüləri üzrə əhalinin və seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatları ümumiləşdirir və lazımi qaydada istifadə üçün hazırlayır;
Təşkilati xarakterli sənədlərin, dairə və məntəqə seçki komissiyalarına metodiki yardım göstərilməsi məqsədilə material və
tövsiyələrin, MSK-nın hesabatlаrının və digər sənədlərin hazırlanmasında iştirak edir;
Dairə və məntəqə seçki komissiyalarının tərkibinin formalaşdırılması, seçici siyahıları ilə işin təşkili, namizədlərin irəli sürülməsi
və qeydə alınması ilə bağlı məlumatların toplanmasını və ümumiləşdirilməsini həyata keçirir;
Komissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;
MSK-nın fəaliyyətinin təşkilati təminatı ilə əlaqədar seminarların, müşavirələrin və digər tədbirlərin təşkili planlarını hazırlayıb Komissiyanın rəhbərliyə
təqdim edir;
Aşağı seçki komissiyalarının işinə kurasiya qaydasında metodiki köməklik göstərir;
Səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.