.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » MSK-nın katibliyi » ÜMUMİ ŞÖBƏ

 

Ümumi şöbə


M
SK-nın fəaliyyətinin sənədlərlə və kadrların şəxsi vərəqələri ilə iş və kargüzarlıq təminatını həyata keçirir;

M
SK-nın hesabatlarının, habelə sənədvə materialların hazırlanmasında iştirak edir;

M
SK-nın iclasları barədə onun üzvlərinin və dəvət olunan şəxslərin xəbərdar edilməsini təmin edir və üzvlərin iclaslara davamiyyətinin uçotunu aparır;

M
SK-nın iclas protokollarının tərtibini, zəruri hallarda iclasların stenoqrama alınmasını və video-audio yazısının aparılmasını, eləcə də müvafiq sənədlərin saxlanılmasını təmin edir;

Nor
mativ xarakterli aktların, Komissiya sədrinin əmr və sərəncamlarının, habelə digər sənədlərin, eləcədə Katibliyə daxil olan sorğu, müraciət, ərizə və şikayətlərin reyestrini aparır, daxil olan və göndərilən sənədlərin dövriyyəsini təşkil edir;

Seçki komissiyalarından, dövlət orqanlarından, idarə və təşkilatlardan MSK-nın qərar və sərəncamlarının icrası ilə bağlı materialların alınmasını təmin edir;

K
omissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və başqa informasiya məlumatları, rəylər, arayışlar və cavab məktubları hazırlayır;

K
atibliyin struktur bölmələrində kargüzarlıq qaydalarına əməl olunmasına nəzarət edir və əməkdaşları xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı müvafiq sənəd və materiallarla tanış edir;

Vətəndaşların yazılı və şifahi müraciətlərinin sayı, xarakteri,habelə onlara baxılmasının nəticələri haqqında Komissiyanın rəhbərliyinə məlumat verir;

Aşağı seçki komissiyalarının sədrlərini sənədlərin uçotu, göndərilməsi və saxlanılması qaydaları ilə tanış etmək məqsədilə zəruri işaparır, onlar üçün vaxtaşırı seminarlar təşkil edilməsini təmin edir;

S
eçki komissiyalarının sənəd və materiallarının qanunvericiliklə müəyyən olunmuş qaydada saxlanılması, nomenklatura üzrə arxivə verilməsi və ləğv edilməsi işini təşkil edir;

K
omissiya sədrinin əmr və sərəncamlarının layihələrini hazırlayıb imzalanmaq üçün təqdim edir;

M
SK üzvlərinin, Katibliyin əməkdaşlarının xidməti ezamiyyələrini rəsmiləşdirir və onların uçotunu aparır;

Seçki komissiyaları katibliklərinin əməkdaşlarının kadr uçotunun aparılmasını, əmək kitabçalarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsini və saxlanılmasını təmin edir;

Ə
məkdaşların hərbi qeydiyyatının uçotunu aparır;

S
əlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.

Ş
öbənin "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası.Ümumi şöbə” sözləri həkk olunmuş dairəvi möhürü, Mərkəzi Seçki Komissiyasının qərarlarından və digər sənədlərdən çıxarışları təsdiqləmək üçün "Əsli ilə düzdür”, daxil olan müraciətlərin qeydə alınmasıüçün "Daxilolma” və "Paketlər üçün”, göndərilən sənədlərin qeydiyyatdan keçirilməsi üçün "Göndərilmə”, məxfi sənədlərin qəbuluvə göndərilməsi üçün "MƏXFİ” sözləri yazılmış düzbucaqlı rezin ştampları vardır.


·
Sənədlərlə iş sektoru

Da
irə seçki komissiyalarının fəaliyyətində kargüzarlığın aparılmasına nəzarət edir;

Da
irə seçki komissiyaları üzvlərinin və katiblik əməkdaşlarının kadr uçotunu və şəxsi işlərini aparır;

Da
irə seçki komissiyalarının katiblikləri əməkdaşlarını işə qəbul etməklə əlaqədar onların əmrlərini hazırlayır, əmək kitabçalarını qanunvericiliyə uyğun rəsmiləşdirir, komissiya üzvləri və katiblik əməkdaşlarını müvafiq vəsiqələrlə təmin edir;

X
idti ezamiyyətə gələn dairə seçki komissiyası üzvlərinin vəkatibliyinin əməkdaşlarının ezamiyyət vərəqələrində müvafiq qeydlər aparır.