.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » MSK-nın katibliyi » MEDİA VƏ İCTİMAİ ƏLAQƏLƏR ŞÖBƏSİ

 

Media və ictimai əlaqələr şöbəsi


M
SKının fəaliyyətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələndirilməsini, habelə bu sahədə analitik-informasiya təminatını həyata keçirir;

Ye
rli kütləvi informasiya vasitələri nümayəndələrinin MSK-da akkreditasiyadan keçməsini təmin edir, Komissiyanın sədri ilə razılaşdırmaqla onları Komissiyanın iclaslarına dəvət edir;

M
SK-nın ümumi fəaliyyəti və seçkilərin (referendumların) hazırlanıb keçirilməsi barədə məlumatların mətbuat, teleqraf agentlikləri vasitəsilə yayılmasını və teleradio kanalları ilə yayımlanmasını təşkil edir;

tləvi informasiya vasitələrində seçkilərlə (referendumla) əlaqədar, habelə seçkiqabağı təşviqatla bağlı materiallara (mətbuat konfransları, dəyirmi masalar, müsahibələr, eləcədə seçkili orqanlara namizədlərin çıxışları, siyasi partiyaların təbliğat və təşviqat materialları, keçirilən rəy sorğuları) diqqət yetirir;

Seçkiqabağı təşviqat aparmaq hüququna malik olan subyektlər tərəfindən kütləvi informasiya vasitələrindən qanunvericiliyə uyğun istifadə edilməsini diqqətdə saxlayır;

M
SK-nın hesabatlarının və digər sənədlərin hazırlanmasında iştirak edir, Komissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;

M
SK-nın fəaliyyəti barədə foto və videosalnamə yaradılması sahəsində iş aparır;

lahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.