Maliyyə şöbəsi
Seçki komissiyalarının fəaliyyətinin maliyyə təminatını həyata keçirir;
Qanunvericiliyə uyğun olaraq seçki komissiyalarının ştat
cədvəllərinin
və komissiyaların saxlanılmasının xərclər
smetasının layihələrini tərtib edir və təsdiq olunmaq üçün aidiyyatı üzrə təqdim edir;
Seçkilərin (referendumun) hazırlanıb keçirilməsi üçün xərclər smetasının layihəsini tərtib edərək, təsdiq olunmaq üçün hazırlayır;
Seçkilərin (referendumun) hazırlanıb keçirilməsi üçün dövlət büdcəsindən ayrılmış
vəsaitin seçki komissiyaları arasında bölüşdürülməsini, müvafiq bank hesablarına köçürülməsini, eləcə də maliyyə intizamına əməl olunmaqla, xərclər smetasının icrasını təmin edir;
Seçkilər (referendum) başa çatdıqdan sonra ayrılmış vəsaitin xərclənməsinə dair müvafiq hesabatların alınıb, düzgünlüyünün yoxlanılmasını təmin edir,
xərclənməmiş vəsaitlərin qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə büdcəyə qaytarılmasına nəzarətihəyata keçirir;
Mühasibat uçotu əməliyyatları üzrə sənədləşdirmə aparır və seçki komissiyalarında maliyyə-təsərrüfat əməliyyatlarının aparılmasına nəzarəti təmin edir;
MSK-nın hesabatlarının və digər sənəd layihələrinin hazırlanmasında iştirak edir;
Komissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;
Mal-materialların və digər maddi dəyərlərin vaxtında uçota alınmasını, mənəvi və fiziki cəhətdən köhnəlmiş əsas vəsaitlərin, mal-materialların, az qiymətli və tez xarab olan əşyaların qanunvericiliklə müəyyən olunmuş qaydada uçotdan silinməsini təmin edir;
Maliyyə fəaliyyətinə dair aylıq, rüblük və illik hesabatların keyfiyyətlə tərtibini və qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə müvafiq dövlət orqanlarına təqdim olunmasını təmin edir;
Maliyyə intizamına əməl edilməsi sahəsində dairə və məntəqə
seçki komissiyaları ilə iş aparır, onlar üçün vaxtaşırı seminarlar təşkil edilməsini təmin edir;
Səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.
Maliyyə şöbəsinin əməkdaşları, baş mütəxəssis istisna olmaqla, ali təhsilli iqtisadçı olmalıdırlar.