.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » MSK-nın katibliyi » TƏSƏRRÜFAT ŞÖBƏSİ

 

Tərrüfat şöbəsi


K
atiblikdə əmlak və avadanlığın uçotunu aparır, Maliyyə şöbəsi ilə birlikdə qanunvericiliklə müəyyən olunmuş qaydada əşya-hesablama işini təşkil edir və seçki komissiyalarının maddi-texniki və təsərrüfat təchizatını həyata keçirir;

M
SK-nın iclaslarının və digər tədbirlərin hazırlanması və keçirilməsi üçün Katibliyin struktur bölmələrinə texniki- təsərrüfat xidməti göstərilməsini təmin edir;

K
atiblikdə texniki avadanlığın, rabitə və nəqliyyat vasitələrinin, habelə digər əşyaların istifadəyə yararlı vəziyyətdə saxlanılmasını təmin edirvə onların qorunub saxlanmasına nəzarət edir;

Se
çkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə əlaqədar MSK tərəfindən hazırlanmış seçki sənədləri, metodiki vəsaitlər, təşviqat materialları, habelə seçki günü istifadə edilən avadanlıq və müvafiq ləvazimatlarla aşağı seçki komissiyalarını təchiz edir;

M
SK-nın hesabatlarının və digər sənədlərin hazırlanmasında iştirak edir, Komissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;

K
atiblikdə əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından qorunma qaydalarına əməl olunmasını təmin edir;

İn
zibati binanın və avadanlıqların səmərəli istismarıüzrəiş aparır;

lahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.