.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail



Ana səhifə » MSK-nın katibliyi

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Seçki Məcəlləsinə müvafiq olaraq fəaliyyətinin hüquqi, təşkilati- metodiki, analitik-informasiya, maliyyə, sənədləşdirmə, nəşr, maddi-texniki, təsərrüfat və sosial-məişət təminatını öz Katibliyi vasitəsilə həyata keçirir.


Katiblik onun ümumi strukturuna daxil olan şöbələrin və digər struktur bölmələrinin qarşılıqlı əlaqələri əsasında birgə fəaliyyət göstərir.

Katibliyin strukturu, ştat vahidləri və işçilərinin vəzifə maaşları MSK-ya dövlət büdcəsindən ayrılmış vəsait hüdudlarında muəyyənləşdirilir.

Katibliyin işcilərinin hüquqları, vəzifələri və məsuliyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə və Komissiyanın təsdiq etdiyi Reqlamentlə müəyyən olunur.


Katiblik öz fəaliyyətində Azərbaycan Respublikasının Seçki Məcəlləsini, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Dövlət qulluğu haqqında”   Azərbaycan   Respublikasının   Qanununu,   MSK-nın Əsasnaməsini, MSK tərəfindən qəbul edilmiş müvafiq normativ xarakterli aktları, digər qanunvericilik aktlarını, MSK sədrinin əmr və sərəncamlarını rəhbər tutur.


Katibliyin rəsmi blankı, üzərində “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası. KATİBLİK” sözləri həkk olunmuş dairəvi möhürü vardır.

 

Katibliyin səlahiyyətləri
Katiblik MSK-nın və onun üzvlərinin qanunvericiliklə müəyyən olunmuş fəaliyyətinin təminatı ilə bağlı öz səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə tədbirlər görür:
-    seçki dairələri və seçki məntəqələrinin yaradılması, seçici siyahıları ilə işin təşkili və digər təşkilati xarakterli tədbirləri həyata keçirir;
- normativ   xarakterli   aktların   və   digər   sənəd   layihələrinin hazırlanmasında iştirak edir, onların hüquqi ekspertizadan keçirilməsini təşkil edir;
-    xarici ölkələrin seçki qurumları ilə qarşılıqlı əlaqələrin və seçkilər sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla təcrübə mübadiləsinin aparılmasını təmin edir;
-    Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi (DAİS) vasitəsilə informasiya və proqram təminatını həyata keçirir;
-    sənədlərlə  və  kadrlarla  işi  təşkil  edir,  kargüzarlıq  fəaliyyətini həyata keçirir;
-    aşağı  seçki  komissiyalarının ümumi  fəaliyyətinin monitorinqini həyata keçirir;
-    kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələri, habelə bu sahədə analitik-informasiya təminatını həyata keçirir;
-    nəşr və çap işlərinin həyata keçirilməsinin təmin edilməsinə əməli yardım edir;
-    normativ xarakterli aktların və digər materialların dərc olunmasını, habelə  Hüquqi  Aktların  Dövlət  Reyestrinə daxil  edilməli  olan  sənədlərin müvafiq dövlət orqanına vaxtında göndərilməsini və qərarların icrasını təmin edir;
-    seçki komissiyalarının fəaliyyətinin maliyyə təminatını, maddi-texniki və təsərrüfat təchizatını həyata keçirir;
-    seçki  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  MSK nəzdində təşkil edilmiş qurumların (nəzarət-təftiş xidmətinin, mətbuat qrupunun, şikayət və müraciətlərə baxılmasına dair ekspert qrupunun) fəaliyyətinin təminatı ilə bağlı işi təşkil edir;
-    vətəndaşların qəbulunu təşkil edir;
-    MSK  sədrinin  göstərişlərini icra  edir  və  onun  tapşırığı əsasında digər subyektlərlə qarşılıqlı fəaliyyəti həyata keçirir.

 

Katibliyin struktur bölmələri

MSK sədri sədri tərəfindən birbaşa rəhbərlik edilən Katiblik öz aralarında qarşılıqlı fəaliyyətdə olan aşağıdakı struktur bölmələrindən ibarətdir: